Nazirdən yeni rəis təyinatı - ÖZƏL

19 Fevral 2016 14:41 (UTC+04:00)

İmişli Rayon Polis Şöbəsinin yol polisi şöbəsinə yeni rəis təyin edilib.

Publika.az xəbər verir ki, daxili işlər naziri Ramil Usubovun əmri ilə Aydın Ağayev İmişli Rayon Polis Şöbəsinin yol polisi şöbəsinə rəis təyin olunub. Yeni rəis bir neçə gündür vəzifəsinin başındadır.

O, bundan əvvəl Astara Rayon Polis Şöbəsinin yol polisi şöbəsinin rəisi olub.

Qeyd edək ki, şöbənin keçmiş rəisi Yusif Həsənov yaşı ilə əlaqədar təqaüdə göndərilib.

Gülxar