Dollar bir az da ucuzlaşdı - MƏZƏNNƏ

19 Fevral 2016 17:40 (UTC+04:00)

Mərkəzi Bank (MB) manatın dollara nisbətdə qarşıdakı 3 günün - o cümlədən fevralın 22-nə olan məzənnəsini açıqlayıb.

Bankdan Publika.az-a daxil olan məlumata görə, 22.02.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5604 səviyyəsində müəyyən olunub. Bu isə o deməkdir ki, dollar sabah 0,0031 AZN daha ucuz satılacaq.

Qeyd edək ki, dollar bu gün 1,5635 manat olub.

İqtisadiyyat şöbəsi