Röya səfir oldu

19 Fevral 2016 18:56 (UTC+04:00)

Populyar müğənni, əməkdar artist Röya Ayxan bu il mayın 5-dən 21-nə qədər Bakıda təşkil olunacaq 17 yaşadək futbolçulardan ibarət komandalar arasında keçiriləcək Avropa çempionatının səfiri olub.

Publika.az xəbər verir ki, bu gün AFFA-nın binasında UEFA U-17 Avropa çempionatının səfiri olmasını əks etdirən lövhə Röya Ayxana təqdim edilib.