Kapitan qaçqınları dənizin ortasında atıb qaçdı

20 Fevral 2016 04:42 (UTC+04:00)

172 suriyalı qaçqını Yunanıstanın Midilli adasına gətirməli olan kapitan onları yarı yolda ataraq qaçıb.

Axar.az xəbər verir ki, kapitan Günəş adasının yaxınlığında mühərrikin batareyasını götürərək başqa bir qayıqla aradan çıxıb. O, suriyalıları öz doğma adasına aparmaq istəməyib.

Qaçqınlar Sahil Təhlükəsizlik Qüvvələri tərəfindən xilas edilib.