Ətirli və dadlı şaftalı keksi - RESEPT

20 Fevral 2016 07:55 (UTC+04:00)

Ərzaqlar:

1.5 stəkan un

1 stəkan şəkər tozu

200 qram marqarin və ya kərə yağı

1 paket vanil

1 paket qabartma tozu

3 ədəd yumurta

2 ədəd şaftalı

Hazırlanması:

Sobanı 180 dərəcə qızdırın. Bir qabda yumurta, şəkər və vanili qarışdırın. Bunun üstünə kərə yağı və qabartma tozu qarışdırılmış unu əlavə edib yenidən qarışdırın. Keks qəlibini yağlayın və keks xəmirinin yarısını içinə tökün. Şaftalıları düzüb üzərinə qalan xəmiri də tökün. Qızdırılmış sobada təxminən 30 dəqiqə və ya qızarana qədər bişirin. Soyumasını gözləyib servis edin.

Nuş olsun!