Bakıda "Mercedes" yandı

20 Fevral 2016 10:22 (UTC+04:00)

Bakıda "Mercedes" yanıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus "MERCEDES" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.