Dünya bazarında neftin qiyməti düşüb.
Publika.az-ın “Bloomberg”ə istinadən məlumatına görə, “Brent” markalı xam neftin qiyməti 1,27 dollar (3,7 faiz) ucuzlaşaraq 33,01 dollara düşüb.
WTİ markalı neftin qiyməti isə 1,13 dollar (3,67 faiz) düşərək 29,64 dollar olub.