Rusiya hərbi donanması Bakıya gəlir: mesaj kimədir?

20 Fevral 2016 13:06 (UTC+04:00)

Rusiyanın Xəzər donanmasının gəmiləri bu il Azərbaycana və İrana gələcək.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, hərbi donanmanın kontr-admiralı İqor Osipov ilin ikinci yarısında hərbi gəmi qruplarının İranın Bender-Ənzəli, Qazaxıstanın Aktau, həmçinin, “Adeks-2016” beynəlxalq hərbi dəniz sərgisində iştirak üçün Azərbaycanın Bakı limanına baş çəkəcəyini açıqlayıb.

“Qazaxıstan və Rusiya hərbi donanmaları bu il “Qafqaz-2016” hərbi təlimi də keçəcək”, - deyə kontr-admiral vurğulayıb.

Asif