“Neft 200 dollar olacaq”

20 Fevral 2016 18:10 (UTC+04:00)

Neftin qiyməti 200 dollara qədər qalxacaq.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekvador Prezidenti Rafael Korrea söyləyib. Onun sözlərinə görə, neft qiymətlərinin aşağı olması İran, Rusiya və Venesuelaya qarşı təzyiq vasitəsi kimi istifadə oluna bilər:

“Səudiyyə Ərəbistanı gəlirlərinin azalması sayəsində maliyyə problemləri yaşadı və məhz bundan sonra dünyada situasiya dəyişməyə başladı. Tezliklə, bizim hamımıza ziyan vuran bu problem həll olunacaq”.