Yaponiyalı jurnalistlər Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun təşkil edilməsi səviyyəsindən razı qaldıqlarını bildiriblər.
Publika.az zəbər verir ki, bu haqda Yaponiyanın NHK telekanalının idman redaksiyasının rəhbəri Xitomi Xisamoto Trend danışıb:
"Xüsusilə yüksək təhlükəsizlik səviyyəsi xoşumuza gəldi. Media-mərkəzdə işimiz üçün yaxşı şərait var, internetin sürəti yüksəkdir. Media-mərkəzdən bilavasitə arenaya düşmək üçün xeyli vaxt itirmirsən".
O qeyd edib ki, azərbaycanlı azarkeşlərin yaponiyalı gimnastları coşqu ilə salamlamağı yapon jurnalistlərini heyrətləndirib: "Açılış mərasimi çox xoşumuza gəldi. Bakını da çox bəyəndik".
"Kyodo News"u təmsil edən jurnalist Masaşi İnue isə bildirib ki, Yaponiya KİV-in bütün nümayəndə heyəti Dünya Kubokunun təşkil edilməsi səviyyəsindən çox razıdırlar: "Bakıdakı gimnastika arenası kimi arena heç Tokioda yoxdur. Təşkilatçılar açılış mərasiminə uşaqları cəlb etməklə düzgün addım atıblar. Açılış mərasimi çox gözəl idi".