PYD terrorçuları ələ keçirdikləri Haseke şəhərində İŞİD üzvü olmaqda şübhəli bilinən onlarla yerli sakini saxlayıb.
Axar.az xəbər verir ki, Şəddadi qəsəbəsi yaxınlığında isə 4 nəfər İŞİD üzvü olmaqda ittiham olunaraq hər kəsin gözü qarşısında güllələnib.
Həmin ərazidə yaşayan sakinlər PYD-nin bir neçə ay əvvəl Əl Hul bölgəsində də bu cür edamlar həyata keçirdiyini bildirib.