İlham Əliyevin İrana gedəcəyi tarix açıqlandı

22 Fevral 2016 10:06 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfərinin tarixi açıqlanıb.

APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, İranın rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası komissiyanın həmsədri Mahmud Vaezi Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşündən sonra səfərin fevralın 23-də baş tutacağını deyib.

Onun sözlərinə görə, prezidentin başçılığı ilə nümayəndə heyətinin Tehran səfəri zamanı iki ölkə arasında müxtəlif sahələri əhatə edən 10-dan artıq sənəd imzalanacaq.