İlqar Muradovun konsertindən FOTOLAR

22 Fevral 2016 10:45 (UTC+04:00)

Əməkdar artist İlqar Muradov əyləncə məkanlarının birində konsert proqramı ilə çıxış edib.

Publika.az xəbər verir ki, uzun zamandır efirlərdə görünməyən müğənni ikisaatlıq canlı proqram təqdim edib. Tamaşaçıların hərarətlə qarşıladığı konsertdə əməkdar artist klassik, xalq və bəstəkar mahnılarını səsləndirib. İ.Muradovla yanaşı, səhnəyə müğənnilər Leyla Babayeva və Ramil Xələfov çıxıb.

Qeyd edək ki, Aynur Hacıyevanın təşkilatçılığı ilə baş tutan konserti izləməyə gələn məşhurlar arasında xalq artistləri Siyavuş Kərimi, “Qaya”qrupunun rəhbəri Rauf Babayev, müğənni Rəşad İlyasov iştirak edib.

Konsertdən fotoları təqdim edirik:

Cəvahir