Xocalı soyqırımının ildönümündə keçiriləcək tədbirlərlə
əlaqədar paytaxtın bəzi küçə və prospektləri
bağlanacaq.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) verilən
məlumata görə, fevralın 26-da Xocalı prospektində yerləşən “Ana
harayı” abidəsinin önündə keçiriləcək ümumxalq hüzn mərasimində
iştirak edənlərin rahat, təhlükəsiz və fasiləsiz hərəkətini təmin
etmək məqsədilə səhər saat 08:00-dan tədbir tam başa çatana qədər
Yusif Səfərov, Nəcəfqulu Rəfiyev, Afiyəddin Cəlilov, İzzət xanım
Orucova, Fəzail Bayramov, Sabit Orucov küçələrindən Xocalı
prospektinə doğru hərəkətə məhdudiyyət qoyulacaq və istiqamət
dəyişdiriləcək.
BŞDYPİ vətəndaşlara göstərilən istiqamətlərdə şəxsi avtomobillərindən mümkün qədər az istifadə etməyi və ictimai nəqliyyata üstünlük verməyi tövsiyə edir. (APA)