Ötən ay 9 milyon manatlıq tikinti materialı istehsal etmişik

22 Fevral 2016 12:11 (UTC+04:00)

Tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən yanvar ayında istehsal edilən məhsulun həcmi 53,6 faiz azalaraq 8,8 milyon manat təşkil edib.

Publika.az xəbər verir ki, sementin istehsalı 46,9 faiz, beton qarışığının istehsalı 52,9 faiz, tikinti əhənginin istehsalı 31,0 faiz, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərin istehsalı 81,4 faiz azalıb.

Yanvar ayı ərzində 15,2 min ton (21,3 faiz az) armatur, 599,2 ton (36,9 faiz az) polad borular, 28,7 min ton (63,0 faiz çox) polad tökmə, 189,2 ton (6,5 dəfə çox) çuqun tökmə istehsal edilib.

İqtisadiyyat şöbəsi