79 yaşlı kişi yanaraq öldü - BAKIDA

22 Fevral 2016 16:24 (UTC+04:00)

Bakı şəhəri, Pirşağı qəsəbəsində olümə səbəb olan yanğın hadisəsi baş verib.

“Report”un məlumatına görə, Ə.Xəlil küçəsi, Bağlar massivindəki evdə elektrik qızdırıcısının yaxınlığında qurudulmaq üçün sərilmiş paltar alışaraq yanıb. Hadisə nəticəsində evdə tək yaşayan 79 yaşlı Eldar Həsrətov ağır dərəcəli yanıq xəsarətləri alıb.

O, 5 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib və orada ölüb.

Faktla bağlı araşdırma aparılır.