Dollar sabah bahalaşacaq - MƏZƏNNƏ

22 Fevral 2016 17:30 (UTC+04:00)

Mərkəzi Bank (MB) dolların manata nisbətdə sabaha olan məzənnəsini açıqlayıb.

Bankdan Publika.az-a daxil olan məlumata görə, 23.02.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5612 səviyyəsində müəyyən olunub. Bu isə o deməkdir ki, dollar sabah 0,0008 AZN baha satılacaq.

Qeyd edək ki, dollar bu gün 1,5604 manat olub.

İqtisadiyyat şöbəsi