Yuvarladığı daşın altında qalıb öldü

22 Fevral 2016 21:28 (UTC+04:00)

Türkiyənin Aydın vilayətində 64 yaşlı kişi yuvarladığı daşın altında qalaraq ölüb.

Publika.az xəbər verir ki, Mustafa Çinar adlı şəxs zeytunluğa gedərək ağac kəsmək istəyib. Ağacların köklərinə zərər verəcəyini düşünərək daşı yerindən qaldırıb yuvarlamaq istəyib. Bu zaman daşın altında qalaraq dünyasını dəyişib.

Onun cəsədi yaxınları tərəfindən tapılıb.