Suriya ordusu Hələb ərazisində hökumət güclərinin təchizatının həyata keçirildiyi strateji yol üzərində nəzarəti geri qaytarıb.
Publika.az xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən “RİA-Novosti” agentliyi bildirib.
“Ordu Asriya-Xanaser yolu üzərində nəzarəti geri qaytarıb. Ancaq yol hələ mühasirədədir. Xanaserin şimalında döyüşlər davam edir. Terrorçular oradan hökumət güclərinə atəş aça bilərlər”, - agentliyin həmsöhbəti deyib.
Onun sözlərinə görə, İŞİD-in yolun bir hissəsini minalamağa vaxt tapıb. Mütəxəssislər artıq həmin ərazini minalardan təmizləməyə başlayıblar.
Qeyd edək ki, İŞİD-in Suriya ordusunun təchizatının həyata keçirildiyi yeganə yolu kəsdiyi barədə xəbərlər fevralın 22-də səhər saatlarında yayılıb.
Ömər Dağlı