İspaniyada korrupsiya ilə mübarizə gücləndirilib

23 Fevral 2016 07:52 (UTC+04:00)

İspaniya Daxili İşlər Nazirliyi 2015-ci ildə aşkarlanmış korrupsiya cinayəti faktlarının statistikasını açıqlayıb.

Ötən il ərzində hüquq-mühafizə orqanları tərəfindən 1108 korrupsiya faktı aşkarlanıb. 2010-cu ildə bu rəqəm cəmi 336 olub. Ekspertlər hesab edirlər ki, bu rəqəmin artması İspaniyada korrupsiya cinayətlərinin sayının çoxalmasından deyil, belə faktlarının daha çox aşkarlanmasından irəli gəlir.

2015-ci il ərzində törədilmiş korrupsiya cinayətlərində dövr etmiş maliyyə vəsaiti isə təqribən 30 milyard avro olub.