Fatih Birol: neftin qiyməti 80 dollar olacaq

23 Fevral 2016 08:12 (UTC+04:00)

Neftin bir barrelinin qiyməti bu il aşağı qalacaq, amma 2020-ci ildə bir barelin qiyməti 80 dollaradək qalxacaq.

Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata əsasən, bunu Beynəlxalq enerji agentliyinin (IEA) baş direktoru Fatih Birol deyib.

"Bu il qiymətlərin əvvəlki kimi aşağı səviyyədə olduğunu, lakin 2017-ci ilin ortasından biz sıçrayış gözləyirik. 2020-ci ildə barrelin qiyməti 80 dollara qalxacaq", - deyə Birol bildirib.