Neft bir qədər ucuzlaşdı

23 Fevral 2016 09:06 (UTC+04:00)

Əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,47 dollar düşərək 32,92 dollar olub.

Publika.az-ın məlumatına görə, “Brent” markalı neft də ucuzlaşıb. Bu neftin də 1 barelinin dəyəri 0,47 dollar azalaraq 34,22 dollar olub.

Azərbaycan nefti isə bahalaşıb. "AzeriLight" markalı neftin bir barelinin qiyməti 2,16 dollar və ya 6,49% artaraq 35,42 dollar təşkil edib.

Qızıl da bahalaşıb. Qiymətli metalın unsiyasının dəyəri 11,25 dollar qalxaraq 1219,88 dollar olub.

İqtisadiyyat şöbəsi