Çingiz Mustafayev “Ukraynanın səsi” yarışmasında - VİDEO

23 Fevral 2016 15:45 (UTC+04:00)

Azərbaycanlı müğənni Çingiz Mustafayev “Ukraynanın səsi” (Qolos Kraini) yarışmasına qatılıb.

Publika.az xəbər verir ki, yarışmanın rəsmi “YouTube” kanalı efirə gedəcək verilişin anons çarxını portala yerləşdirib. Orada isə Çingiz Mustafayevi də görmək mümkündür.

Yarışmanın yeni bölümü fevral ayının 28-də efirə gedəcək.

Ümumilikdə isə, Azərbaycan tamaşaçısı tanınmış müğənnilərimizin belə yarışmalarda iştirakını birmənalı qəbul etmir. Əksəriyyət müğənninin tanınması üçün yaxşı şans olduğunu bildirsə də, digərləri məşhur müğənnilərin belə yarışlarda iştirakını qınayır. Onlar iddia edir ki, bu kimi müsabiqələr tanınmamış səslər üçün nəzərdə tutulub.

Qeyd edək ki, Çingiz Mustafayev Azərbaycanda “Yeni Ulduz” yarışmasının qalibi olub.

İsa Şükürov