Xatirədən İlhaməyə: “Baltalayır da, hərənin bir işi var”

23 Fevral 2016 16:15 (UTC+04:00)

Xalq artisti İlhamə Quliyevanın hələ efirə getməyən müsahibəsindən kiçik parça yayılıb.

Publika.az xəbər verir ki, videonu “Instagram” sosial şəbəkəsində müğənni Elton Hüseynəliyev paylaşıb. Videoda xalq artisti İlhamə Quliyeva ATV-nin müxbirinin suallarını cavablandıraraq deyir:

“Hüquqlarımız əlimizdən alına bilməz. Mən baltalayıram, lazım gələndə də mişarlayıram. Nə istəyirsən, edirəm”.

Xalq artistinin sözlərinə Xatirə İslam gülərək bu cür reaksiya verir:

“Baltalayır da. Hərənin bir işi var”.

Elton Hüseynəliyevin paylaşdığı bu video sosial şəbəkədə tənqid olunub.

İsa Şükürov