Dollar 1,55 manat səviyyəsinə qayıtdı - MƏZƏNNƏ

23 Fevral 2016 17:34 (UTC+04:00)

Mərkəzi Bank (MB) dolların manata nisbətdə sabaha olan məzənnəsini açıqlayıb.

Bankdan Publika.az-a daxil olan məlumata görə, 24.02.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5593 səviyyəsində müəyyən olunub. Bu isə o deməkdir ki, dollar sabah 0,0019 AZN daha ucuz satılacaq.

Qeyd edək ki, dollar bu gün 1,5612 manat olub.

İqtisadiyyat şöbəsi