Azərbaycan 1 ayda Türkiyəyə 595 milyon kubmetr qaz satıb

23 Fevral 2016 17:56 (UTC+04:00)

2015-ci ilin dekabrında Türkiyə Azərbaycandan 594,34 milyon kubmetr təbii qaz idxal edib.

Publika.az bildirir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb.

Məlumata görə, ötən ilin noyabrında Türkiyə Azərbaycandan 574,54 milyon kubmetr təbii qaz idxal edib.

İqtisadiyyat şöbəsi