Məşhur müğənni Murad Boz sevgilisi Əsli Ənvəri çəkiliş meydançasında ziyarət edib.
Publika.az xəbər verir ki, Əsli Ənvərin aktyor Şükrü Özyıldızla tərəf-müqabil olduğu “Kış güneşi” adlı serialın çəkiliş meydançasına gedən Murad Boz bütün heyəti meyvə və çərəzə qonaq edib. Əslini soyuq havada 4 saat gözləyən Murad sevgilisinin təkidlərindən sonra avtomobilinə gedib. Yaraşıqlı müğənni sevgilisinin çəkilməli olduğu səhnələr bitdikdən sonra onu qucaqlayaraq avtomobilinə mindirib və lüks restoranlardan birinə aparıb.
Ləman Sultan