“Fəxr edirəm ki, azərbaycanlıyam” adlı kolleksiya yaradılıb – FOTOLAR

24 Fevral 2016 03:55 (UTC+04:00)

Türkiyədə yaşayan azərbaycanlı dizayner Rüfət İsmayıl “Proud to be azeri” (“Fəxr edirəm ki, azərbaycanlıyam”) adlı idman geyim kolleksiyasını təqdim edib.

Publika.az-a açıqlama verən dizayner bu layihənin üzərində uzun müddət çalışdığını bildirib:

“Doğma Azərbaycanım üçün kolleksiya yaratmağı çoxdan düşünürdüm. İdman kolleksiyası həm kişi, həm də qadınlar üçün nəzərdə tutulub. Geyimin üzərindəki Azərbaycan bayrağı və “Fəxr edirəm ki, azərbaycanlıyam” yazısı vətənə olan sevgi və fəxr hissinizi ifadə edəcək”.

İsa Şükürov