İndiana Cons filminin yaradıcısı 103 yaşında vəfat etdi

24 Fevral 2016 07:55 (UTC+04:00)

Britaniya film sənayesinin veteranı dünyasını dəyişib.

Publika.az xəbər verir ki, kinematoqraf Duqlas Slokom 103 yaşında vəfat edib. O, “İndiana Cons” franşizasının ilk 3 hissəsini lentə alıb.

Slokomun filmləri 3 dəfə “Oskar” mükafatına namizəd olub. 2008-ci ildə onun işi Britaniya İmperiyası ordeni ilə mükafatlandırılıb.

İsa Şükürov