Sevgilisi ilə buzda sürüşən modelin ayağı qırıldı - FOTOLAR

24 Fevral 2016 08:54 (UTC+04:00)

28 yaşlı gənc sevgilisi Nikola fon Bismarkla İsveçrədə dincələn 42 yaşlı model Keyt Mossun ayağı qırılıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə dağda sürüşərkən baş verib. Başı gicəllənən model yıxılıb və ayağı qırılıb. Keyt Mossu xəstəxanaya sevgilisi çatdırıb. Modelin ayağı gipsə qoyulub. Bu səbəbdən cütlük istirahətini yarımçıq qoyaraq Londona qayıdıb.

Aytən