Dəb aləmində qorxunc trend – FOTOLAR

24 Fevral 2016 10:45 (UTC+04:00)

“Nail Art” axımı öz aktuallığını qoruyub saxlayır. Uzun müddətdir ki, dırnaqlarda pulcuq, qaş və parıltı görməyə öyrəşmişik.

Publika.az xəbər verir ki, dırnaqları ilə diqqət çəkmək istəyənlər bu dəfə olduqca fərqli üsula əl atıb. Belə ki, fərqlilik aşiqləri artıq dırnaqlarını kürklə bəzəyir. Bu cür manikur xoşagəlməz görüntü yaradır və bir çoxları tərəfindən tənqid edilir. Lakin təəssüf ki, orijinallığa üstünlük verənlər sayəsində bu dəb getdikcə populyarlaşır. Artıq bir neçə brendin dəfiləsində də görülən kürklü dırnaqlara moda bloqqerlərinin də marağı yüksəkdir.

Ləman Sultan