Hacıqabulda iki yük avtomobili toqquşdu

29 Mart 2014 10:18 (UTC+04:00)

Hacıqabul rayonu, Atbulaq kəndində "Kamaz" və "Mercedes" markalı yük avtomobillərinin toqquşması nəticəsində yol qəza hadisəsi baş verib.

Publika.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər "Mercedes" markalı yük avtomobillində sıxılmış vəziyyətdə qalmış sürücünü təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə çıxararaq aidiyyəti üzrə təhvil verib. Əməliyyat saat 07:25-də başa çatıb.