Səkinə İsmayılovaya “Şöhrət” ordeni verildi

24 Fevral 2016 18:13 (UTC+04:00)

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Səkinə İsmayılovanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında
Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan muğam sənətinin inkişafında və təbliğində xidmətlərinə görə Səkinə Qulu qızı İsmayılova “Şöhrət” ordeni ilə təltif edilsin.