Türkiyədə təbii qaz ehtiyatları tapılıb

25 Fevral 2016 04:15 (UTC+04:00)

Türkiyənin Söğütlü, Ferizli və Serdivan vilayətlərində 400-450 metr dərinlikdə qaz ehtiyatları tapılıb.

Trend-in Milliyet qəzetinə istinadən verdiyi məlumata əsasən, aşkarlanan təbii qaz ehtiyatlarının həcmi hələlik dəqiqləşdirilməyib.

Qəzetin məlumatına görə, yaxın günlərdə qaz ehtiyatların həcmi barədə dəqiq məlumat veriləcək.