“Sevişmərəm, amma öpüşərəm”

25 Fevral 2016 07:50 (UTC+04:00)

Cazibədar aktrisa Serenay Sarıqaya ilə bağlı maraqlı bir iddia gündəmə gəlib.

Publika.az xəbər verir ki, aktrisanın yeni film üçün əməkdaşlıq etdiyi şirkətlə imzaladığı müqavilədə qeyri-adi bir maddə yer alıb. Deyilənə görə, Serenay Sarıqaya “Soyunmaram, sevişmərəm, sadəcə öpüşə bilərəm”, - deyib və bunun müqavilədə öz əksini tapmasını istəyib.

Qeyd edək ki, aktrisa yeni filmdə xarizmatik aktyor Nejat İşlər ilə tərəf-müqabil olacaq. İki ulduz daha öncə də “Behzat Ç. Ankara Yanıyor” filmində birlikdə rol alıb.

Ləman Sultan