Neft 34 dollardır

25 Fevral 2016 09:21 (UTC+04:00)

Əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,25 dollar azalaraq 31,90 dollar olub.

Publika.az-ın məlumatına görə, “Brent” markalı neft də ucuzlaşıb. Bu neftin 1 barelinin dəyəri 0,35 dollar azalaraq 34,06 dollar olub.

Qızıl isə bahalaşıb. Qiymətli metalın unsiyasının dəyəri 3,90 dollar qalxaraq 1232,65 dollar olub.

İqtisadiyyat şöbəsi