PYD Rusiya və ABŞ-ın atəşkəsini qəbul etdi

25 Fevral 2016 09:52 (UTC+04:00)

PKK-nın Suriya qolu sayılan PYD terror təşkilatı ABŞ və Rusiyanın razılığa gəldiyi atəşkəs müqaviləsini qəbul edib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, PYD-nin sözçüsü Redur Halil bəyan edib ki, təmsil olunduğu təşkilat ABŞ və Rusiyanın Suriyada razılığa gəldiyi atəşkəslə bağlı bütün tələblərə əməl edəcək.

Terror təşkilatının sözçüsü bildirib ki, PYD atəşkəslə bağlı razılığa böyük əhəmiyyət verir: “Ancaq biz öz müdafiəmizi də təmin edəcəyik. Türkiyədən bizə qarşı hər hansı silahlı hücum olunarsa, o zaman biz də onlara cavab verəcəyik”.

Xatırladaq ki, Suriyada atəşkəsin elan edilməsi ilə bağlı Rusiya və ABŞ-ın birgə razılığa gəlməsi məsələsinə Türkiyə hökuməti də bənzər münasibət bildirmişdi. Belə ki, Türkiyə hökumətinin sözçüsü Numan Kurtulmuş demişdi ki, lazım gəldiyi təqdirdə Suriyadan atılan hər bir atəşə qarşılıq veriləcək.

Vasif Həsənli