Ərəblər rus zabitlərini belə partlatdılar – VİDEO

25 Fevral 2016 15:00 (UTC+04:00)

Suriyanın Latakiya şəhərinin yaxınlığında yerləşən bazada Rusiya zabitlərinə hücum təşkil edilib.

Publika.az xəbər verir ki, bu barədə “InformNapalm.org” saytı Suriyadakı mənbələrə istinadən bildirib.

Müşavirə keçirən rus zabitlərinə hücumu “Ahrar əl-Şam” təşkilatı həyata keçirib. Hadisə fevralın 21-də baş verib. Partlayış bomba yüklənilən avtomobilin köməyi ilə törədilib.

Yaralılar Cabla və Latakiya şəhərlərindəki xəstəxanalara çatdırılıb.

Hadisə ilə bağlı indiyə qədər Rusiyadan heç bir rəsmi bəyanat verilməyib.

Ömər Dağlı