ANS-in aparıcısından ƏXLAQSIZLIQ: İlhamənin ölümünü məsxərəyə qoydu

25 Fevral 2016 17:45 (UTC+04:00)

ANS telekanalında “Xəbərçi” verilişinin aparıcısı Natiq Nailəoğlu bu gün dünyasını dəyişən xalq artisti İlhamə Quliyevanın ölümü ilə bağlı status paylaşıb.

Publika.az xəbər verir ki, teleaparıcı xalq artistinin ölümünə istehza ilə yanaşıb:

“Nə deyim, qəlbim dağlanır, ürəyim cırılır, parça-parça olmuşam. O dünyadakılara yazığım gəlir. Ah, ah”.

Natiq Nailəoğlunun bu statusunu bəyənənlərlə yanaşı, onu qınayanlar da tapılıb.