Rusiyanın “enerji kabusu” Bakıya gəlir

25 Fevral 2016 22:34 (UTC+04:00)

Avropa Komissiyasının energetika üzrə vitse-prezidenti Maroş Şevçoviç Bakıya gəlir.

Publika.az
Avropa Komissiyasının rəsmi saytına istinadən xəbər verir ki, vitse-prezident fevralın 29-da Bakıda Cənub Qaz Dəhlizi üzrə ikinci konsultativ iclasda iştirak edəcək.

Məlumata görə, M. Şevçoviç Bakıdan sonra martın 1-də Ukraynada keçiriləcək energetika forumunda iştirak üçün Kiyevə gedəcək.

Qeyd edək ki, M. Şevçoviç Avropanın Rusiya qazından asılılığını minimuma endirmək istiqamətində görülən bütün işlərdə yaxından iştirak edib. Rusiya onu adətən düşmən gözündə görür.

Asif