“Fənərbağça”dan ruslara Moskvada gözdağı: türk klubu növbəti mərhələdə

25 Fevral 2016 23:32 (UTC+04:00)

UEFA Avropa Liqasında 1/16 final mərhələsinin cavab qarşılaşmaları çərçivəsində İstanbulun “Fənərbağça” komandası Moskvada “Lokomotiv”lə görüşüb. Prinsipial keçən oyun 1:1 hesabı ilə başa çatıb.

Hesabı birinci hissənin 45-ci dəqiqəsində “Lokomotiv” komandası açıb. Oyunun 81-ci dəqiqəsində isə Türkiyə təmsilçisi hesabı bərabərləşdirib.

Beləliklə, “Fənərbağça” iki oyunun nəticəsinə görə (3:1) 1/8 final mərhələsinə yüksələn ilk komanda olub.

Xatırladaq ki, bir qədər sonra 1/16 final mərhələsinin digər 15 cavab qarşılaşması start götürəcək.