Ramiz Həsənov: "Benzinin keyfiyyətində problem ola bilməz"

26 Fevral 2016 10:53 (UTC+04:00)

“Biz benzini idxal edirik. Bu əsasən “Premium” markalı benzindir. Benzinin keyfiyyətində problemlər ola bilməz. Ola bilsin ki, kəmiyyətlə bağlı problemlər var”.

Publika.az xəbər verir ki, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov benzinin keyfiyyəti ilə bağlı fikirlərə münasibət bildirirəkən deyib.

Komitə sədri benzinin keyfiyyətinin vaxtaşırı tənzimləndiyini bildirib.

R.Həsənov onu da əlavə edib ki, komitə etalon bazasının formalaşdırılması ilə məşğuldur, həmçinin etalonlar yenilənir:

“Akkreditasiya xidmətimizin fəaliyyətini təkmilləşdiririk, beynəlxalq təcrübəyə uyğun qururuq. Bununla yanaşı, əqli mülkiyyət sahəsini inkişaf etdiririk. Komitəyə vətəndaşlardan bir sıra şikayətlər daxil olur. Təəssüf ki, bəzi iş adamları yoxlamaların dayandırılmasından sui-istifadə edirlər, amma bunlara qarşı komitə tərəfində müəyyən tədbirlər görülür”.

Anar Tağıyev