Kürdəmirdə silahlı insident - 2 nəfər güllələndi

26 Fevral 2016 11:51 (UTC+04:00)

Kürdəmir rayon sakini iki nəfəri güllələyib.

Publika.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 25-də Kürdəmir rayon sakini Məhəmmədəli Abdullayev həmyerlisi Natiq Dəmirovun evində olarkən aralarında baş vermiş münaqişə zamanı M.Abdullayev N.Dəmirova və qardaşı Raqifə ov tüfəngindən açdığı atəşlə xəsarət yetirib. Onlar xəstəxanaya yerləşdirilib.

Kürdəmir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Abdullayev tutulub, hadisə yerindən müvafiq sənədləri olmayan nömrəsi silinmiş “Arthems” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.