İmtahana qeydiyyat vaxtı açıqlandı

26 Fevral 2016 12:37 (UTC+04:00)

Aprelin 10-da keçiriləcək ikinci sınaq imtahanına qeydiyyat martın 1-dən başlayacaq.

Bu barədə Publika.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, aprelin 3-də keçiriləcək ilk sınaq imtahanlarına 48129 yer ayrılıb. Sınaq imtahanına qeydiyyat fevralın 24-də başlayıb. Yerlərin əksəriyyətinə qeydiyyat başa çatıb.

Saat 12:00-a olan məlumata görə, Azərbaycan bölməsi üzrə Naxçıvan MR Kəngərli rayonu Qıvraq qəsəbə orta məktəbində 56, Naxçıvan MR Culfa rayonu 3 N-li şəhər orta məktəbində 8, Naxçıvan MR Şahbuz 1 N-li şəhər orta məktəbində 38, Xaçmaz şəhəri 9 N-li orta məktəbin Azərbaycan bölməsi üzrə 67, rus bölməsi üzrə 18 boş yer qalıb.

Qeyd edək ki, sınaq imtahanlarına yazılmaq üçün ödəmə kartını bütün mobil operatorlardan 7735 nömrəsinə SMS göndərməklə əldə etmək olar.

Gülxar