Ərdoğanın sözçüsü: “Azərbaycanın yanındayıq”

26 Fevral 2016 15:22 (UTC+04:00)

“Xocalıda mülki əhaliyə qarşı vəhşəti qınayırıq”

Publika.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın sözçüsü İbrahim Kalın deyib.

Xocalının ildönümü olduğunu deyən İ. Kalın Türkiyənin Azərbaycanın yanında olduğunu qeyd edib.

“Bu gün Xocalı soyqırımının ildönümüdür. Sivil xalqa qarşı bu vəhşəti qınayır və Azərbaycan xalqının yanında olduğunu deyirik”, - deyə o bildirib.

Asif