Ərdoğan ən qısa zamanda Azərbaycana gələcək

26 Fevral 2016 16:00 (UTC+04:00)

“Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycana səfəri ən qısa zamanda gerçəkləşdirmək şərti ilə təxirə salınıb".

Bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun deyib. O bildirib ki, səfər hər iki ölkə başçısının proqramına uyğun olaraq təşkil ediləcək: "Amma düşünürəm ki, səfər çox gec olmadan baş tutacaq".

Qeyd edək ki, Türkiyə prezidentinin Azərbaycana bu il fevralın 18-nə planlaşdırılan səfəri Ankarada törədilən terror aktı səbəbindən təxirə salınıb. (APA)