Sabah 1 dəqiqəlik sükut olacaq

26 Fevral 2016 16:57 (UTC+04:00)

Azərbaycan Premyer Liqasının 23-cü turunun oyunları 1 dəqiqəlik sükutla başlayacaq.

Publika.az xəbər verir ki, bu barədə məlumatı apasport.az saytına Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev verib. O bildirib ki, sabah baş tutacaq qarşılaşmalardan öncə Akif İsmayılovun xatirəsi 1 dəqiqəlik sükutla yad olunacaq.

Premyer Liqa klubları bununla da 1999-2015-ci illər aralığında Tofiq Bəhramov adına Respublika stadionunun direktoru vəzifəsində çalışmış İsmayılovun ruhuna ehtiram nümayiş etdirəcək.

Qeyd edək ki, stadionun sabiq direktoru bu gün vəfat edib.