Dollar yenə bahalaşacaq - MƏZƏNNƏ

26 Fevral 2016 17:36 (UTC+04:00)

Mərkəzi Bank (MB) dolların manata nisbətdə fevralın 29-u da daxil olmaqla, qarşıdakı 3 günün məzənnəsini açıqlayıb.

Bankdan Publika.az-a daxil olan məlumata görə, 29.02.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5655 səviyyəsində müəyyən olunub. Bu isə o deməkdir ki, dollar sabah 0,0031 AZN baha satılacaq.

Qeyd edək ki, dollar bu gün 1,5624 manat olub.

İqtisadiyyat şöbəsi