Bərən Saatın çox işləməsi Kənanı dəli elədi

27 Fevral 2016 00:50 (UTC+04:00)

Məşhur müğənni Kənan Doğulu həyat yoldaşı Bərən Saatın uzun iş saatlarından təngə gəlib.

Publika.az xəbər verir ki, paparassilərin kameralarına tuş gələn müğənni həyat yoldaşı Bərən Saatın çəkiliş meydançasında olduğunu deyib.

Həyat yoldaşının üzünü görə bilməyən müğənni şikayətlərini dilə gətirib:

“Bərənim çəkiliş meydançasındadır. Bilirsiniz ki, Türkiyədə seriallar 200 dəqiqə çəkir. Ona görə də, Bərən həftənin 6 günü işləyir. Ancaq öyrəşmişəm, çünki biz tanış olanda da o, bu işlə məşğul idi”.

Ləman Sultan