Lukaşenkoya qarşı sanksiyalar saxlanıldı

27 Fevral 2016 01:31 (UTC+04:00)

Avropa Birliyi (AB)Belarusa silah çatdırılması üzrə embarqonu daha bir uzadıb.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə qərar qurumun Brüsseldəki toplantısında qəbul edilib.

Belarusa silah satışı barəsində embarqo prezident Aleksandr Lukaşenkoya qarşı sanksiyalar paketinin bir hissəsi kimi daxil edilib. AB Belarus liderini siyasi opponentlərə təzyiqlərdə və vətəndaşlarının hüquqlarını pozmaqda ittiham edir.

Sanksiyalar Lukaşenkodan başqa onun ətrafında olan daha 170 nəfərə qarşı qəbul olunub.

Rəsmi Minsk sanksiyaların siyasi xarakter daşıdığını iddia edir.

Ömər Dağlı